Akademik Çingiz Qacarın “Azərbacan qədim və orta əsrlərdə: Görkəmli şəxsiyyətlər” kitabı,...

11-08-2026, 00:09           
Akademik Çingiz Qacarın “Azərbacan qədim və orta əsrlərdə: Görkəmli şəxsiyyətlər” kitabı,...
Akademik Çingiz Qacarın “Azərbacan qədim və orta əsrlərdə: Görkəmli şəxsiyyətlər” kitabı, Şah İsmayıl məqaləsindən: “Venesiyadan olan bir tacir yol qeydlərində özünün Şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: “İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd kişidir. Saqqalını qırxır, bığ saxlayır. Solaxay olsa da, bütün əmirlərdən güçlüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün amirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təəbələri, xüsusilə də əsgərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq.”
Etibar Əliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]