Binəqədi İcra başçısı göz görə görə qos qoca bağı məhv edir... VİDEOİNƏQƏDİ İCRA BAŞÇISI 30 İLLİK ZEYTUN BAĞLARINI MƏHV EDİR… – VİDEO

21-06-2023, 09:31           
Binəqədi İcra başçısı göz görə görə qos qoca bağı məhv edir... VİDEOİNƏQƏDİ İCRA BAŞÇISI 30 İLLİK ZEYTUN BAĞLARINI MƏHV EDİR… – VİDEO
Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki 30 illik zeytun bağları baxımsızlıqdan quruyaraq məhv olur. Ağacların yerləşdiyi parka gələn su kəsilib, icra hakimiyyəti problemlə maraqlanmır.

Binəqədi sakinlərinin Tribunainfo.az-a verdiyi məlumata görə, zeytun bağları taleyin ümidinə buraxılıb.

“Bura Adil Məmmədov küçəsidir. Bura illərin məşhur zeytun bağlarıdır. 30 illərin bağıdır. Bura əvvəl daimi su gəlirdi, çünki arteziyan quyuları var, ağaclar sulanırdı. Uzun müddətdir ki, bağa gələn su kəsilib. Ərazidəki yaşıllıqlar susuzluqdan yanıb məhv olur. Zeytun ağaclarının bir çoxu da susuzluqdan məhv olmaq üzrədir” deyə, sakinlər bildirib.

Bağın və ağacların vəziyyəti sakinləri narahat edir. Onlar tezliklə bağdakı yaşıllıqların bərpa edilməsi, qorunması üçün tədbir görülməsini istəyirlər.

Sakinlərin sözlərinə görə, icra hakimiyyəti yaxın günlərdə bağa yol şəkdirib, abadlıq işləri adı altında iş aparıb, bağı isə pis hala salaraq gediblər:

“Yol çəkildi, oturacaqlar qoyuldu. Ancaq ətraf qurumuş, məhvolmaq üzrə olan ağaclardan ibarətdir. Bağa nə baxırlar, nə də ağaclar sulanır”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru