Bərdədə orta məktəbdə tərifnamə BİABIRÇILIĞI

29-06-2023, 09:03           
Bərdədə orta məktəbdə tərifnamə BİABIRÇILIĞI
Bərdə şəhəri 8 saylı tam orta məktəbdə 1-ci sinif şagirdləri üçün məktəb tərəfindən dərslərində fərqlənən, dərs ilini uğurla başa vuran şagirdlərə tərifnamələr təqdim edilib.

TehsilMedia.az xəbər verir ki, Tərifnamədə Elm və Təhsil Nazirliyi ilə Regional Təhsil İdarəsinin adı səhv yazılıb. Orta məktəbdə belə bir hadisənin baş verməsi utancvericidir. Görəsən bu səhv məktəb direktorunun və sinif rəhbərinin gözündən necə qaçıb?
Və yaxud bilərəkdən görməzlikdən gəliblər. Bu hal şəhərin qabaqcıl məktəbi üçün biabırçılıqdır. Şagirdlərə verilən bu tərifnamə onları və valideynlərini sevindirsə də, utandıqlarından heç kimə göstərib sevinclərini bölüşə bilməyiblər. Səbəb isə müəllimlərin kobud diqqətsizliyidir.
Qeyd edək ki, Bərdə şəhərində yerləşən 8 saylı tam orta məktəb şəhərin böyük məktəblərindən hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru