Nazir olğlu sevgilisi olan tanınmış müğənniyə xəyalındakı 6 milyonluq avtomobili, 20 min avroluq çantanı hədiyyə etdi- BU NAZİR OĞLU KİMDİR? /FOTO

30-06-2023, 11:53           
Nazir olğlu sevgilisi olan tanınmış müğənniyə xəyalındakı 6 milyonluq avtomobili, 20 min avroluq çantanı hədiyyə etdi- BU NAZİR OĞLU KİMDİR? /FOTO
DogruXeber.az: - Azərbaycanlı nazirin oğlu onunla sevgili olan turkiyəli müğənniyə milyonluq avtomobil və 20 min avro dəyərində olan çanta hədiyyə edib.

Bir müddət öncə Azərbaycan nazirlərindən birinin oğlu ilə sevgi münasibətlərinin olduğunu açıqlayan türkiyəli müğənni Ebru Polat yeni avtomobili ilə gündəmə gəlib. Nazir oğlu müğənninin xəyalındakı avtomobil üçün 6 milyon lirə (təxminən 736 min 800 manat) ödədiyi Türkiyə mətbuatında manşet olub.

E.Polat “Mercedes Gelandewagen” markalı avtomobilinə qovuşduğu anları sosial şəbəkə hesabında yayımlayıb.

Xatırladaq ki, 2016-cı ildə müğənni Türkiyənin “Kanal-1” televiziyasının ”Akşam keyfi” verilişində Azərbaycanın nazir oğlu ilə eşq macərası yaşadığını etiraf etmişdi. Ebru azərbaycanlı nazirin oğlundan əvvəl isə İstanbulun “Fənərbaxça” futbol klubunun oyunçusu Səlcuq Şahinlə iki il eşq macərası yaşadığını bildirmişdi: “Səlcuqla hələ də dostuq. Lakin, hazırda qəlbim azərbaycanlı nazir oğlundadır. Bakıda olarkən 20 min avro dəyərində olan çantanı da mənə nazirin oğlu hədiyyə edib”.//32gun.az















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru