Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq? - İDDİA

10-07-2023, 08:50           
Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq? - İDDİA
Quba rayon İcra hakimiyyətinin başçısının qəfl vəzifədən götürülməsilə bağlı xəbərin üstündən xeyli vaxt keçib.

Bu vaxt ərzində bizə o məlum oldu ki, keçmiş başçı yerli camaatla məzələnmək istəyib və nəticədə dövlət başçlsı özü onunla pis məzələnib.

Uzun müddətdir ki, Quba Rayon İcra Hakimiyyətində başçı yeri boş qalıb. Başçı yeri boş qalmasına baxmayaraq bu sistem əvvəlki halından daha işlək vəziyyətdədir.

"Azərbaycan Reallığı"ın əldə etdiyi başqa bir xəbərə görə həmin yerə ən layiqli namizəd hazırda Quba Rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Ramil İsmayılovdur.

Ramil İsmayılov yerli kadırdır, hüquqşünasdır, vəkillər kollegiyasının üzvüdür, yerli əhali arasında reytinqi yüksəkdir, hakimiyyətin etimadını doğruldacaq elmi-idarəetmə potensialına malik şəxsdir.

Gözləyək, görək bu xəbər özünü necə doğruldacaq və Qubanın icra başçısı bu dəfə kim olacaq?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru