"Səma - 4” MTK oyun və istirahət meydançasını zəbt edərək bina tikir? - VİDEO

11-07-2023, 08:18           
"Səma - 4” MTK oyun və istirahət meydançasını zəbt edərək bina tikir? - VİDEO
Gəncədə 5 ədəd çoxmərtəbəli binanın sakinləri üçün nəzərdə tutulan oyun və istirahət meydançasının çəpərlənməsinə başlanılıb. Sakinlər iddia edir ki, onların etirazlarına baxmayaraq ərazidə yeni binanın tikintisi planlaşdırılır.

Xezerxeber.az-ın məlumatına görə, Gəncənin Mahrasa bağı yaşayış massivində yerləşən bir neçə binanın sakinləri iddia edir ki, şirkət inşaat işlərinə başlamaq üçün oyun meydançasını dağıdıb.

Sakinlərin sözlərinə görə, əslində MTK ərazidə tikinti işlərinə bir neçə ay başlamağa cəhd edib, ancaq onlar buna mane olmağı bacarıb.

Binanın arxa tərəfində də eyni sahibkar tərəfindən daha əvvəl 3 binanın tikildiyini deyən sakinlər bunu sağlamlıq üçün zərərli hesab edirlər.

Özünü "Səma - 4” MTK-nın nümayəndəsi kimi təqdim edən Güllübəyim Səfərova isə ərazidə hələ ki, tikinti aparılmadığını və sakinlərin onun yerini zəbt etdiyini iddia edib.

Gəncə Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, sözügedən ərazi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çıxarış əsasında "Səma - 4" MTK -ya 5 il müddətinə icarəyə verilib: "Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə hər hansı bir tikintinin aparılmasına icazə verilməyib. Belə bir cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru