Canlı yayımda qorxulu anlar: aparıcı atəş açdı – Video

Bu gün, 17:44           
Canlı yayımda qorxulu anlar: aparıcı atəş açdı – Video
İranda “Üfüq” televiziyasının aparıcısı canlı yayımda silahdan atəş açıb.

TEREF in “Qafqazinfo”ya istinadla xəbərinə görə, hadisə odlu silah təliminə həsr olunmuş proqramın canlı efirində baş verib.

Veriliş zamanı studiyada olan aparıcı və hərbi geyimli təlimatçı AK-47 (“Kalaşnikov”) avtomatının istifadəsi və atış qaydalarını nümayiş etdiriblər.

Efir gedişində aparıcının studiyada nümayiş etdirilən Birləşmiş Ərəb Əmirliklərinin bayrağına atəş açdığı bildirilir. Təlimatçının rəhbərliyi ilə baş verən hadisə canlı yayımda izləyicilərə təqdim olunub.

Hadisənin İranın müxtəlif televiziya kanallarında yayımlanan hərbi-təlim xarakterli proqram çərçivəsində baş verdiyi qeyd olunur. Bəzi iddialara görə, bu cür verilişlər ölkədə elan edilən könüllü hərbi hazırlıq kampaniyaları ilə əlaqələndirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru