Təyyarədə insident: Sərnişini boğmağa çalışdı, stüardessanı dişlədi - FOTO

Bu gün, 17:18           
Təyyarədə insident: Sərnişini boğmağa çalışdı, stüardessanı dişlədi - FOTO
Avstraliyanın "Qantas" aviaşirkətinə məxsus təyyarənin sərnişini uçuş zamanı yol yoldaşını boğmağa cəhd edib və stüardessanı dişləyib.

Bu barədə "The Sun" məlumat yayıb.

Hadisə Melburndan Dallasa həyata keçirilən reys zamanı baş verib.

Məlumata görə, münaqişə sərnişinlərdən birinin oturacağını arxaya əyməsindən sonra başlayıb. Aqressiv sərnişin dərhal onu boğmağa çalışıb və tərəflər arasında dava düşüb.

Ekipaj üzvləri vəziyyəti sakitləşdirməyə çalışarkən, dava salan sərnişin stüardessanı dişləyib.

Təyyarənin komandiri marşrutu dəyişərək Taiti adasındakı Papeete hava limanına təcili eniş etmək qərarı verib.

Bildirilir ki, aqressiv davranış sərgiləyən sərnişin sərxoş vəziyyətdə olub və polis tərəfindən saxlanılıb.

Dişlənən ekipaj üzvünə tibbi yardım lazım olmayıb, xəsarətin ciddi olmadığı qeyd edilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru