Qoldi Ceymison Konklin Seneka qəbiləsinin Heron Klanının üzvü olaraq anadan olub...

Bu gün, 17:04           
Qoldi Ceymison Konklin Seneka qəbiləsinin Heron Klanının üzvü olaraq anadan olub...
Qoldi Ceymison Konklin Seneka qəbiləsinin Heron Klanının üzvü olaraq anadan olub və Nyu-Yorkun cənub-qərbindəki Alleqani Qoruğunda yaşayıb.
O, öz xalqı arasında "Gözəl Çiçək" mənasını verən Ah-Veh-İyu kimi tanınırdı. 1900-cü illərdə o, bıçaq-qaşıq şirkətinə model kimi işə götürülüb və bu fotoşəkillər də belə ortaya çıxıb.
Keçən əsrin əvvəllərində minlərlə şirkət reklamlarda yerli xalqların şəkillərindən istifadə edərək, "zadəgan vəhşi" və "hind şahzadəsi" haqqında məşhur Amerika stereotiplərini gücləndirib. Lakin, məlum olduğu kimi, yerli amerikalıların padşahları və ya çarları yox idi, ona görə də şahzadələr ola bilməzdi.
Bu fotoşəkillər 1908-1914-cü illər arasında Cattaraugus Cutlery Company üçün çəkilib. Modelin taleyinə gəldikdə isə, onun 1892-ci ildə Nyu-Yorkun Salamanka adlı kiçik şəhərində anadan olduğu məlumdur. 1912-ci ildə Çarlz Konklinlə evləndi, bir neçə il sonra Silver Krikə köçdü, altı oğul dünyaya gətirdi və 1974-cü ilə qədər yaşadı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru