Trampın əmri ilə sənədlər məxfilikdən çıxarıldı: UNO qəzalarında gizlədilən DƏHŞƏTLİ FAKTLAR

Bu gün, 16:38           
Trampın əmri ilə sənədlər məxfilikdən çıxarıldı: UNO qəzalarında gizlədilən DƏHŞƏTLİ FAKTLAR
ABŞ-nin uçan naməlum obyektlərin (UNO) qəzaya uğradığı ərazilərdə dörd fərqli yadplanetli həyat növü aşkar etdiyi iddia olunur.

Bu barədə ABŞ-nin məşhur "New York Post" (NYP) qəzeti Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən maliyyələşdirilən proqramların keçmiş tədqiqatçısı, doktor Hal Puthofa istinadən məlumat yayıb.

"The Diary of a CEO" podkastında çıxış edən 89 yaşlı alim bildirib ki, o, bu məlumatları qəzalardan sonra obyektlərin ərazidən çıxarılması əməliyyatlarında şəxsən iştirak edən kəşfiyyatçılardan və hərbçilərdən əldə edib. Onun sözlərinə görə, mütəxəssislər ən azı dörd fərqli varlıq növünün tapıldığını təsdiqləyiblər. Puthof rəsmi materiallara şəxsən birbaşa çıxışı olmadığını, lakin mənbələrinin etibarlılığına tam əmin olduğunu qeyd edib.

AAWSAP (Aerokosmik Silah Sistemlərinin Təkmil Tətbiqi Proqramı) proqramının keçmiş əməkdaşı, doktor Erika Devis isə ABŞ Konqresində keçirilən brifinqdə həmin növlərin konkret adlarını və xüsusiyyətlərini açıqlayıb. O, konqresmenlər Nensi Meys, Anna Paulina Luna və Erik Berlisona təqdim etdiyi hesabatda bütün bu növlərin humanoid (insanabənzər) quruluşa malik olduğunu bildirib:

1. "Nordiklər": Xarici görünüşcə Şimali Avropa (skandinav) sakinlərinə bənzəyirlər. Boyları təxminən 183 santimetrdir.

2. "Reptiloidlər": Pulcuqlarla örtülmüş, uzun quyruqlu və şaquli (iki ayaq üstündə) hərəkət edən humanoidlərdir. Onların da boyu təxminən 183 santimetr təşkil edir.

3. "Bozlar" (Greys): İri gözlü, qısaboylu və tamamilə keçəl varlıqlardır.

4. "Insektoidlər": Xarici görünüşcə daha çox nəhəng dəvədəlləyinə bənzəyən məxluqlardır.

Qeyd edək ki, uçan naməlum obyektlər və müxtəlif kosmik anomaliyalar haqqında məlumatları özündə əks etdirən ABŞ arxiv sənədlərinin ilk rəsmi partiyası mayın 8-də məxfilikdən çıxarılıb və artıq ictimaiyyət üçün əlçatandır. Pentaqonun rəsmi bəyanatında bildirilib ki, bu addım Ağ Evin rəhbəri Donald Trampın həyata keçirdiyi "maksimum şəffaflıq" siyasəti çərçivəsində atılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru