Almaniyada hava limanı bağlandı Dünən, 15:36 Almaniyanın Leypsiq/Halle hava limanı üzərində naməlum dron aşkar edilib.“Cebheinfo.az”-ın “Bild” qəzetinin məlumatına görə, dron gecə saatlarında müşahidə edildikdən sonra hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Məhdudiyyətlər yerli vaxtla saat 01:55-dək davam edib. Bu müddətdə bir reys Nürnberqə yönləndirilib.Dronun axtarışı zamanı hava limanının uçuş-enmə zolaqlarından birində şübhəli əşya da aşkarlanıb. Əşyanın nə olduğu hələlik açıqlanmayıb.Hazırda həmin uçuş-enmə zolağı bağlıdır. Təyyarələrin qalxış və enişləri isə digər zolaq vasitəsilə həyata keçirilir.Hadisə ilə bağlı Leypsiq polisi araşdırma aparır. Facebook-da paylaş