Tbilisi meri: Gürcüstan və Ukraynanı NATO-ya üzvlük vədləri ilə aldadıblar

Dünən, 15:24           
Tbilisi meri: Gürcüstan və Ukraynanı NATO-ya üzvlük vədləri ilə aldadıblar
“NATO rəhbərliyi illərdir həm Gürcüstanı, həm də Ukraynanı aldadıb, əslində heç bir planları olmadığı halda, onları alyansa qəbul edəcəklərinə söz veriblər”.

Moderator.az xəbər verir ki, bu sözləri Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlaması zamanı deyib.

"Bütün bu illər ərzində Gürcüstan və Ukrayna kimi ölkələrə NATO-nun qapılarının açıq olduğu deyildi. Lakin əslində hamımız başa düşürük ki, yaranmış reallıq tam başqadır. Artıq onlar özləri də bunu gizlətmirlər və açıq şəkildə belə bəyanatlar verirlər ki, bu, faktiki olaraq mümkün deyil və istisna olunur", - Kaladze bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru