NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR: Baha mülklər, Avropa turları və qalmaqallı iddialar

Bu gün, 00:02           
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR: Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Dövlət maaşı ilə Avropanı qarış-qarış gəzənlər və Naxçıvanın ən baha yerində mülk alanlar kimlərdir?
Naxçıvan Muxtar Respublikasında son dövrlərdə həyata keçirilən kadr təmizləmələri və idarəetmə islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Lakin aparılan təmizləmə prosesində diqqətdən kənarda qalan, fəaliyyəti çoxlu suallar doğuran müəyyən şəxslər hələ də öz postlarını qoruyub saxlayırlar. İctimaiyyətin tələbi aydındır: İslahatlar yarımçıq qalmamalı, adı qalmaqallarda hallanan kadrlar da işdən uzaqlaşdırılmalıdır.
Sıradan dövlət maaşı ilə Avropa gəzintisi: Pulların mənbəyi nədir?
İddiaların mərkəzində duran əsas şəxslər — Tükəzban Quliyeva, Gülxanım Orucova və onun bacısı Günay Orucovadır.
Məlumata görə, bu üç xanım Fuad Nəcəflinin rəhbərliyi dövründə Ədliyyə Nazirliyinin keçmiş əməkdaşlarından biri ilə birlikdə İtaliya başda olmaqla Avropanın bir çox şəhərlərinə səyahətlər ediblər. Dövlət qurumunda sıradan məmur maaşı ilə çalışan bu şəxslərin hansı maliyyə resursları hesabına dəbdəbəli Avropa turlarına qatıldığı sual doğurur.
Bundan əlavə, Tükəzban Quliyeva və Gülxanım Orucovanın Naxçıvan şəhərinin ən baha və mərkəzi ərazilərində özlərinə mənzillər və daşınmaz əmlaklar əldə etdikləri bildirilir.
Bütün bunlar hansı maliyyə ilə əldə edilib bu artıq sual altındadır.
Məktəbdə dərs deyən deputat köməkçisinin FHN-dəki "söz sahibi" rolu
Gülxanım Orucovanın bacısı Günay Orucova 2024-cü ildən deputat Ziyafət Əsgərovun köməkçisi vəzifəsini icra edir.
Eyni zamanda Şərur rayonundakı orta məktəblərdən birində pedaqoji fəaliyyətlə məşğuldur.
Burada iki vacib məqam ortaya çıxır:
Təhsilin keyfiyyəti: Şərurda şagirdlərə dərs deyən müəllimənin böyüyən nəslə hansı dəyərləri və vətənpərvərlik tərbiyəsini aşıladığı sual altındadır.Adı bu tip qalmaqallarda hallanan şəxsin Azərbaycanın gələcəyi olan gənc nəsilə hansə təhsili verəcəyidə qaranlıqdır.
Qanunsuz təsir imkanları: İddialara görə, Günay Orucovanın adı Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli strukturlarında kadr məsələlərinə — işə qəbul və işdən çıxarma proseslərinə müdaxilə edən şəxs kimi çəkilir.
Deputat köməkçisinin başqa bir nazirliyin kadr siyasətində hansı hüquqla rol aldığı aydınlaşdırılmalıdır.
Digər diqqətçəkən fiqur — Naxçıvan MR Prezidentinin Səlahiyyətli Nümayəndəliyində Humanitar məsələlər şöbəsinin müavini Tükəzban Quliyevadır.
Samir Seyidbəylinin "Krişalığı" Və Yarımçıq İslahatlar
Pərdəarxası məqamlar isə daha qaranlıqdır.
Naxçıvan sakinləri açıq şəkildə bildirirlər ki, Prezident Nümayəndəliyinin Humanitar şöbəsinin müavini Tükəzban Quliyevaya birbaşa Samir Seyidəhmədli "krişalıq" edir! Sakinlərin ah-naləsini, şikayətlərini hiyləgərcəsinə ört-basdır edən, Tükəzban Quliyeva kimi fiqurların özbaşınalıqlarına şərait yaradan və onları məsuliyyətdən sığortalayan şəxsin məhz Samir Seyidəhmədli olduğu vurğulanır.
Fuad Nəcəflinin dövründə də eyni mənzərə idi, indi də! Samir Seyidəhmədlinin bu havadarlığına niyə göz yumulur?
Əlavə olaraq onuda qeyd edəkki, iddialara görə Naxçıvan şəhər İcra hakimiyyətinin başçısının müavini Əhməd Vəliyevin ,Təhsil Nazirinin müavini Əli Vəliyevin, Naxçıvan Təhsil idarəsinin müdüri Təhminə Mustafayevanın görünməz himayədarı Samir Seyidəhmədlidir.
Onlara hansı şərtlər daxilində və necə himayədarlıq etdiyini, hansı vəzifələrdən nəyin müqabilində hansı vəzifələrə irəli çəkildiklərini isə istintaq araşdırmalı və lazımı qanuni tədbirlər görülməlidir.Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, "Cəzasız qalmış cinayət daha böyük cinayətlərə yol açır."
Buradan Naxçıvandakı məsul şəxslərə, Prezidentin Səlahiyyətli nümayəndəsi Ceyhun müəllimə və aidiyyəti qurumlara jurnalist kimi səslənirəm: Ümid edirik Ceyhun müəllim Ümumilli Liderimiz Heydər Əliyev cənablarının "Cəzasız qalmış cinayət daha böyük cinayətlərə yol açır." sözünə laqeyd qalmaz və tədbir görər.
Naxçıvan xalqının dərdinə gerçəkdən şərik olmaq, bu camaatın tapdanmış hüquqlarını bərpa etmək istəyirsinizsə, təmizləməyə bu haram şəbəkəsindən başlayın! Günay Orucova, Tükəzban Quliyeva və onların arxasında duranlar vəzifədən qovulmalı, dövlətdən mənimsədikləri hər bir manatın, o dəbdəbəli mülklərin hesabı məhkəmə qarşısında tələb olunmalıdır!
Naxçıvan xalqının səbri artıq tükənib, bu özbaşınalığa nöqtə qoyulmalıdır!
Sima Babayeva












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru