Ümumiyyətlə səhiyyənin mafiozlar əlində inkişaf əvəzinə necə geriləməsinin şahidiyik hamımız.

Dünən, 16:56           
Ümumiyyətlə səhiyyənin mafiozlar əlində inkişaf əvəzinə necə geriləməsinin şahidiyik hamımız.
Dövlət xəstəxanasında həkimlərin hansı şəraitdə işləməsini hamımız bilirik. Sığorta pulları aylarla gecikir, özü də qəpik-quruş.
Ümumiyyətlə səhiyyənin mafiozlar əlində inkişaf əvəzinə necə geriləməsinin şahidiyik hamımız.
Əlinə 5 manat düşən xaricdə həkimə qaçır, bunu da bilirik, bilirsiz.
Belə bir dövrdə dövlət xəstəxanasında işləyən həkimin 10 manat istəməsini səs yazaraq yaymağın adı nədir, tapmadım. Bu gedişlə onsuz da xəstəxanalar bağlanlr, birləşir. Siz də bir yandan təkan verirsiz həkimlərin küsməsinə, uzaqlaşmasına.
2 ildir 20 nömrəli uşaq poliklinikasında kardioloq yoxdu. Heç kim o şərtlərlə işləmək istəmir. Bütün Binəqədi gedir 12 nömrəliyə, günlərlə itirilən vaxt, yorğun, əsəbi həkimlər... Ordakılar da qaçsa, bilmirəm nə olacaq.
Belə nümunə çoxdur, xəstəxanaya gedirsən, deyir filan həkim bizdə yoxdu, başqa yerə gedin.
Nə edirsiz, özünüzə edirsiz, belə cılızlıq etməyin. Sirkə tünd olanda öz qabını da yandırır.
Bir dəfə getdim gördüm qeyri rəsmi biznesi olan, sığortaya 1 qəpik pul ödəməyən biri xəstəxananı qatıb bir-birinə sığorta deyə-deyə.
Sığortaya pul ödəyənlər abrına qısılır, növbə dərdindən özələ gedir belələrinin lazımsız müayinələri sığorta adı ilə zəbt etməsinə görə ...
Bunu dərc edən media subyektinin həyat fəaliyyətini hamımız bilirik... Nəyə lazımdır?
Anlayana sonda 1 misal çəkirəm;
Teymura fil bağışlayırlar, kəndlilərin məhsulunu ayaqlayır, zay edir. Mollanı başçı seçib Əmirə xahişə gedirlər ki, fil bizə uyğun deyil, göndərsin, geriyə, ziyan vurur.
Molla Əmirin darvazasına çatanda görür arxasında adam yoxdu, gəlir Teymurun hüzuruna, deyir fil tək darıxır, Allah hər şeyi cüt yaradıb, birini də gətizdirin...
Elnure Abushova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru