Dünyada ilk yeraltı nüvə tullantıları anbarının istismarına icazə verildi

Dünən, 15:38           
Dünyada ilk yeraltı nüvə tullantıları anbarının istismarına icazə verildi
Finlandiyada işlənmiş nüvə yanacağının uzunmüddətli saxlanılması üçün nəzərdə tutulan dünyada ilk yeraltı geoloji anbarın istismarına icazə verilib.

Bu barədə Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsi məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, istismar lisenziyasının verilməsi üçün bütün təhlükəsizlik tələbləri yerinə yetirilib. Qeyd olunub ki, bu, işlənmiş nüvə yanacağının geoloji anbarda saxlanılması üçün dünyada ilk istismar icazəsidir.

Bununla belə, anbarın fəaliyyətə başlaması üçün Finlandiya hökumətinin də Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsinin rəyinə əsasən, yekun icazə verməsi tələb olunur.

Qeyd edək ki, Onkalo geoloji anbarı "Posiva" şirkəti tərəfindən Olkiluoto atom elektrik stansiyasının yaxınlığında inşa edilib. Layihəyə əsasən, işlənmiş nüvə yanacağı 400-450 metr dərinlikdə yerləşən qayalıq süxurlarda xüsusi konteynerlərdə saxlanılacaq.

Anbarın istismarına verilən ilkin lisenziya 2070-ci ilədək qüvvədə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru