Şah İsmayıl Xətaini nə Həsən Bayandur, nə Nadir Şah, nə də başqa bir tarixi şəxsiyyət əvəz edəmməz. VİDEO

Dünən, 16:04           
Şah İsmayıl Xətaini nə Həsən Bayandur, nə Nadir Şah, nə də başqa bir tarixi şəxsiyyət əvəz edəmməz. VİDEO
Çünki Şah İsmayıl Xətai təkcə bir dövlət hökmdarı deyildi. O, bütün türkman tayfalarını vahid amal, vahid inanc və vahid bayraq altında birləşdirən böyük dini və siyasi lider idi.
O, Azərbaycanla Anadolu arasında qırılmayan mənəvi körpü, türkman dünyasının birliyinin rəmzidir.
Şah Xətainin rəhbərliyi ilə Qızılbaşlıq böyük dini və siyasi güc qazandı. Məhz bu birliyin üzərində Səfəvi dövləti yüksəldi və türkman tayfaları qüdrətli siyasi gücə çevrildi.
Şah Xətai Qızılbaşlıq inancında təkcə şah deyil, həm də mənəvi rəhbərdir. Buna görə də cəm ayinlərində onun adı ehtiramla zikr edilir, adı çəkildikdə səcdə olunur və hikmət dolu kəlamları oxunur.
Qızılbaşlıq inancında Şah Xətai yeddi ulu ozandan biri kimi qəbul edilir. Buna görə də o, sadəcə tarix kitablarında qalan bir hökmdar deyil, bu gün də milyonlarla insan üçün inancın, birliyin və mənəvi kimliyin yaşayan simvoludur.
AZƏRBAYCAN coğrafıyası













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru