Rusiyada stomatoloji klinikada çəkiliş zamanı teleaparıcıya hücum etdilər

Dünən, 16:18           
Rusiyada stomatoloji klinikada çəkiliş zamanı teleaparıcıya hücum etdilər
Rusiyada stomatoloji klinikanın pasiyentləri "Yeni Revizorro" verilişinin çəkilişləri zamanı jurnalist və teleaparıcı Yelena Letuçayaya hücum ediblər.

Bu barədə "Pyatnitsa!" telekanalının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, kişi və qadın aparıcıya hücum edərək onun mikrofonunu əlindən almağa cəhd göstərib, daha sonra isə onu təqib ediblər. Hadisədən sonra jurnalist hüquq-mühafizə orqanlarına müraciət edib.

"Polisin gəlməsi belə onları dayandırmadı. Redaktorlar ərizə yazdığı müddətdə onlar hücumlarını davam etdirir, işləməyimizə mane olurdular", - deyə Letuçaya bildirib.

Hadisəyə səbəb aparıcının klinikada apardığı araşdırma olub. Onun sözlərinə görə, burada gündəlik beş min rubl ödəməklə istənilən şəxs kabinet icarəyə götürə bilir və bu zaman diplom və ya lisenziyanın olub-olmaması yoxlanılmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru