Stiven Uitkoff: "Ukrayna münaqişəsinin həllinə dair danışıqlarda mühüm irəliləyiş var"

18-02-2026, 10:26           
Stiven Uitkoff: "Ukrayna münaqişəsinin həllinə dair danışıqlarda mühüm irəliləyiş var"
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda mühüm irəliləyiş olduğunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, o, Cenevrədə keçirilən üçtərəfli müzakirələrin ilk gününün yekunlarına dair sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, ABŞ Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlarda moderator qismində çıxış edib.

Uitkoff ABŞ-nin hazırkı administrasiyasının münaqişə tərəflərini bir araya gətirdiyini və bunun mühüm irəliləyişə səbəb olduğunu söyləyib:

"Hər iki tərəf nəticələr barədə öz liderlərinə məlumat vermək və razılaşmaya nail olmaq məqsədilə işləri davam etdirmək barədə razılığa gəliblər".

Daha əvvəl TASS-ın Rusiya nümayəndə heyətindəki mənbəsinə istinadən verdiyi məlumata görə, Cenevrədə Ukrayna üzrə üçtərəfli danışıqların iştirakçıları fevralın 18-də yenidən müzakirələr aparmağa razılaşıblar.

Bildirilib ki, danışıqların altı saat davam edən birinci günü çox gərgin keçib.

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar dünən Cenevrədə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru