ABŞ 18 İran rəsmisinə və teleşirkət rəhbərlərinə sanksiya tətbiq etdi

19-02-2026, 15:38           
ABŞ 18 İran rəsmisinə və teleşirkət rəhbərlərinə sanksiya tətbiq etdi
ABŞ 18 İran rəsmisi və telekommunikasiya sənayesi rəhbərlərinə viza məhdudiyyətləri tətbiq edib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu tədbirlər ifadə azadlığı və dinc toplaşmaq hüquqlarının məhdudlaşdırılması da daxil olmaqla, insan hüquqlarının ciddi şəkildə pozulmasında iştirak edən və ya iştirak etdiyi iddia olunan şəxslərə qarşı görülüb.

"Birləşmiş Ştatlar İran xalqının ifadə azadlığı hüququnu dəstəkləməyə davam edəcək. Biz İran xalqına və onun sülh və şərəflə yaşamaq arzularına sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik", - bəyanatda deyilir.

2025-ci ilin dekabrında İranda genişmiqyaslı etirazlar baş verib. Rəsmi rəqəmlərə görə, iğtişaşlar zamanı 3 000-dən çox insan həlak olub. Tehran etirazların təşkilində ABŞ və İsraili günahlandırıb.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı (Aİ) İran rəsmilərinə və nümayişlərin "qəddarcasına yatırılmasında" ittiham olunanlara qarşı sanksiyalar tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru