İrandan ABŞ-yə sərt ismarıc: “Siz öz-özünüzlə danışıqlar aparırsınız”

25-03-2026, 12:41           
İrandan ABŞ-yə sərt ismarıc: “Siz öz-özünüzlə danışıqlar aparırsınız”
İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” birgə komandanlığının rəsmi nümayəndəsi Ebrahim Zülfüqari ABŞ rəhbərliyinə müraciət edərək kəskin bəyanatlarla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, Zülfüqari Vaşinqtonun regiondakı siyasətini “strateji uğursuzluq” adlandırıb.

“Sizin bəhs etdiyiniz o strateji güc artıq strateji məğlubiyyətə çevrilib. Özünü dünya supergücü adlandıran tərəf, əgər bacarsaydı, bu vəziyyətdən çoxdan çıxardı. Öz məğlubiyyətinizi razılaşma kimi qələmə verməyə çalışmayın. Boş vədlərinizin dövrü artıq başa çatdı”, — deyə o bildirib.

İranlı hərbi rəsmi ABŞ daxilindəki siyasi çəkişmələrə də toxunaraq, Vaşinqtonun qeyri-müəyyən mövqeyini tənqid edib:

“Görəsən, daxili mübarizəniz elə bir həddə çatıb ki, artıq öz-özünüzlə danışıqlar aparmağa başlamısınız? Bizim kimi insanlar heç vaxt sizin kimi insanlarla razılığa gələ bilməzlər”.

Zülfüqari həmçinin iqtisadi məsələlərə diqqət çəkərək qeyd edib ki, ABŞ-nin investisiyaları və müharibədən əvvəlki enerji qiymətləri yalnız bir halda geri qayıda bilər:

“Vaşinqton regional sabitliyin İran Silahlı Qüvvələri tərəfindən təmin edildiyini etiraf etməyənə qədər sabitlikdən söhbət gedə bilməz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru