İrandan Hörmüzlə bağlı vacib açıqlama

1-04-2026, 11:06           
İrandan Hörmüzlə bağlı vacib açıqlama
“Hörmüz boğazı mütləq açılacaq, amma sizin üçün yox”.

Referans Media verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi “X” hesabında bildirib.

ABŞ lideri Donald Trampa müraciət edən Əzizi, 1979-cu il İran İnqilabından bəri keçən dövrə işarə edərək bildirib ki, 47 illik qonaqpərvərlik həmişəlik başa çatıb.

“Tramp nəhayət rejim dəyişikliyi arzusuna çatdı, amma regionun dəniz rejimində. Hörmüz boğazı yalnız İranın yeni qanunlarına əməl edənlər üçün açılacaq”, – deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru