“Tramp mənasız danışır” – SEPAH-dan Hörmüz açıqlaması

2-04-2026, 09:18           
“Tramp mənasız danışır” –
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Hörmüz tam şəkildə onların nəzarəti altındadır və boğazın açılması gözlənilmir.

Referans Media xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

SEPAH-dan verilən açıqlamada vurğulanıb ki, Amerika tərəfinin bəyanatları regiondakı vəziyyətə heç bir təsir göstərmir və mövcud reallığı dəyişmir. Quruma görə, ABŞ prezidentinin açıqlamaları “mənasız” xarakter daşıyır.

“ABŞ prezidentinin səsləndirdiyi əsassız fikirlər düşmənlərimiz üçün boğazın açılmasına səbəb olmayacaq”, – deyə SEPAH bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp İran rəhbərliyinin Vaşinqtona atəşkəslə bağlı müraciət ünvanladığını iddia edib. O bildirib ki, bu məsələ yalnız Hörmüz boğazı açıq, sərbəst və təhlükəsiz olacağı halda nəzərdən keçirilə bilər.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru