ABŞ-nin müdafiə naziri İranın cavab zərbələrinə təəccüblənib - "TİME"

3-04-2026, 09:57           
ABŞ-nin müdafiə naziri İranın cavab zərbələrinə təəccüblənib - "TİME"
ABŞ müdafiə naziri Pit Hegset İranın həyata keçirdiyi cavab zərbələrinin miqyasından təəccüblənib.

Teleqraf xəbər verir ki, bu barədə "Time" jurnalı məlumat yayıb.

Bildirilir ki, ABŞ Prezidenti Donald Trump administrasiyasının bir sıra yüksək vəzifəli nümayəndələri, o cümlədən Hegset, Tehranın region üzrə ABŞ və İsrail obyektlərinə endirdiyi zərbələrin genişliyini gözləməyib.

Nəşr qeyd edir ki, İranın cavab addımları Tehranın yalnız simvolik reaksiyalarla kifayətlənəcəyi barədə təsəvvürləri dağıdıb.

Mənbələrdən biri Hegsetin bu vəziyyət qarşısında tam hazırlıqsız yaxalandığını bildirib.

Qeyd edək ki, bundan əvvəl İran parlamentində milyonlarla vətəndaşın ölkəni silahla müdafiə etməyə hazır olduğu açıqlanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru