İran ABŞ-nin mühüm müdafiə sisteminin bir hissəsini məhv edib - Peyk GÖRÜNTÜLƏRİ

3-04-2026, 12:49           
İran ABŞ-nin mühüm müdafiə sisteminin bir hissəsini məhv edib - Peyk GÖRÜNTÜLƏRİ
ABŞ-nin "Terminal High Altitude Area Defense" (THAAD) raketdən müdafiə sisteminin bir hissəsi olan "AN/TPY-2" radarı İranın Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasına endirdiyi zərbə nəticəsində ciddi zədələnib.

Bu barədə CNN peyk görüntülərinin təhlilinə əsasən məlumat yayıb.

Bildirilib ki, şəkillərdə anten üzərində kömürləşmə əlamətləri görünür, böyük bir hissəsi isə məhv olub. Kanal zərbənin İranın ABŞ ordusunun raket və dronları aşkarlamaq və vurmaq qabiliyyətini məhdudlaşdırmaq planının bir hissəsi olduğunu izah edib.

Qeyd olunub ki, İslam Respublikası İordaniyada daha bir "AN/TPY-2"ni məhv etməyi və Qətərin təxminən 1 milyard dollar dəyərində erkən xəbərdarlıq sisteminə zərər verməyi bacarıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru