Bu kompensasiya adi sığorta yüngül ödənişi kimi olacaq, ya təqsirkar kimi, Rusiya normal halda ödəyəcək?
17-04-2026, 11:34
Rəsmi bildirilir ki, Azərbaycan-Rusiya tərəflər 25-i dekabr, 2024-də Rusiyanın, Qroznıy hava məkanında ikən, hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində AZAL-a məxsus, "Embraer 190" təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı kompensasiya ödənilməsi, qəzadan yaranan məsələlərin həlli barəsində razılığa gəlmişlər. Düşünürəm ki, yaxşı əlamətdir, regiondakı bu indiki qeyri-stabil dövr, stabilliyə doğru addım. Rəsmi məlumat üzrə razılaşmada, bu hadisə barədə bir üstün fərq, bu dəfə, qəzanın səbəbi "Rusiya ərazisində baş verməsi" kimi abstrakt deyil, Rusiya hava hücumu müdafiə sisteminin konkret qeyri-ixtiyarı fəaliyyəti əsas gptürülüb. Və məlumatdan sual olaraq qalan budur ki, bu kompensasiya adi sığorta yüngül ödənişi kimi olacaq, hansı ki, beynəlxalq qanuna görə, ölkə ərazisində qəzaya uğrayanın kompensasiyası, həmin ölkə sığorta bankı tərəfdən ödənilir, ya təqsirkar kimi, Rusiya normal halda ödəyəcək? Ancaq məlumatda, "qəzadan yaranan digər də məsələlər həllində" bu məsələ həll edilər yəqin. Ilqar Altay TEREF