Makron Trampla Yaxın Şərqi müzakirə edib

2-06-2026, 07:24           
Makron Trampla Yaxın Şərqi müzakirə edib
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Makron bu barədə sosial şəbəkə hesabında bildirib.

Fransa lideri Trampın ABŞ-la İran arasında tezliklə razılaşma əldə olunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib: "Bu, regionun uzunmüddətli sabitləşməsinə imkan verəcək və bütün maraqlı tərəfləri əhatə edən yeni təhlükəsizlik çərçivəsinin qurulması üçün unikal fürsətdir”.

Makron qeyd edib ki, Fransa və tərəfdaşları bu prosesə tam dəstək verməyə hazırdır.

"Britaniya və tərəfdaşlarımızla birlikdə yaratdığımız beynəlxalq missiyanın məqsədi də budur. Razılaşma əldə olunan kimi Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinə töhfə vermək üçün bu missiya fəaliyyətə başlamağa hazırdır”, - Fransa lideri vurğulayıb.

O əlavə edib ki, Fransa mümkün razılaşmanın, xüsusilə nüvə məsələləri ilə bağlı danışıqlar hissəsində də öz təcrübə və imkanlarını təqdim etməyə hazırdır.

Makron həmçinin Trampın Livanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini alqışladığını bildirib: "Davamlı atəşkəsin təmin olunması və Livan hakimiyyətinə kollektiv dəstəyin davam etdirilməsi vacibdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru