İranın xüsusi xidmət orqanları və onlarla əlaqəli təbliğat şəbəkələri uzun müddətdir ki, azərbaycanlılarla digər xalqlar, xüsusilə də yəhudilər arasında nifaq yaratmağa çalışırlar.
8-06-2026, 09:34
İranın xüsusi xidmət orqanları və onlarla əlaqəli təbliğat şəbəkələri uzun müddətdir ki, azərbaycanlılarla digər xalqlar, xüsusilə də yəhudilər arasında nifaq yaratmağa çalışırlar. Bunun üçün tez-tez yalan və təhrif olunmuş məlumatlardan istifadə edirlər. Son vaxtlar bəzi şəxslər erməni əsilli, erməni ailəsində doğulmuş bir insanı yəhudi kimi təqdim etməyə çalışırlar. Halbuki bununla bağlı heç bir əsaslı fakt yoxdur. Unutmayaq ki, Albert beynəlxalq addır. Bu ada Avropada, Amerikada, Rusiyada və dünyanın bir çox ölkələrində, o cümlədən ermənilər arasında da rast gəlinir. Təkcə ada baxaraq bir insanın yəhudi olduğunu iddia etmək ciddi arqument sayıla bilməz. Haqqında danışılan şəxs Qarabağda yaşamış, Qarabağ müharibəsində həlak olmuş ermənidir. Müxtəlif mənbələrdə onun atasının adının Sarkis olduğu, ailəsinin erməni mənşəli olduğu göstərilir. Bu şəxsin yəhudi olması ilə bağlı isə inandırıcı və sübut olunmuş məlumat təqdim edilmir. Üstəlik, yəhudi qəbiristanlığında deyil, erməni qəbiristanlığında dəfn olunub. Buna baxmayaraq, bəzi dairələr onu yəhudi kimi təqdim edərək Azərbaycan cəmiyyətində süni gərginlik yaratmağa çalışırlar. Nushaba Shakarova TEREF