Bu günə qədər Rusiya-Ukrayna müharibəsində Putinin əlində iki güclü kart( kozır) var idi.

Bu gün, 07:24           
Bu günə qədər Rusiya-Ukrayna müharibəsində Putinin əlində iki güclü kart( kozır) var idi.
Və O, bu kartlarla Ukrayna və bütün dünyanı daima təhdid altında saxlayırdı.
1) "Nüvə" silahı. 2) say hesabı ilə nəhəng canlı qüvvəsi.( sıravi əsgəri)
İndi isə elə deyil. Vəziyyət dəyişib. Onun birinci kartını dünya ölkələri zərərsizləşdirib. Üstəlik öz canının qorxusu qarışıq, istifadə edilə bilmək əmsalı demək olar ki, sıfıra bərabərdir.
İkinci kartını isə Ukrayna mütəxəxisləri sıfıra endirmək mərhələsindədirlər.
Bu gedişlə artıq döyüş meydanında sıravi canlı qüvvəyə də ehtiyac qalmayacaq!
Belə ki, Ukraynalılar tərəfindən hazırlanmış süni intellekt tarixdə ilk dəfə olaraq rus hərbçilərinin məhv edilməsi barədə qərarı müstəqil şəkildə qəbul edib
Operatorun iştirakı olmadan fəaliyyət göstərən avtonom pilotsuz aparatların ilk dəfə olaraq Rusiya Silahlı Qüvvələrinin hərbçilərinə hücum etdiyi və onları zərərsizləşdirdiyi bildirilir. Təcrübə zamanı süni intellekt sistemi ilə təchiz edilmiş 10 ədəd “Terminator” dronundan istifadə olunub.
Hazırlayıcıların məlumatına görə, aparatlar hədəfləri müstəqil şəkildə aşkarlayıb, onları identifikasiya edib və insan nəzarəti olmadan hücum qərarı qəbul ediblər.
Əməliyyat avtonom döyüş texnologiyalarının sınaqları çərçivəsində həyata keçirilib.
Nəriman Abdinov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru