Bakıda 50 milyon dollarlıq saziş imzalandı

Bu gün, 08:44           
Bakıda 50 milyon dollarlıq saziş imzalandı
Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunmuş Özəl Sektor Forumu zamanı mühüm saziş imzalanıb. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Türk İnvestisiya Fondu (TİF) arasında imzalanan sənəd 50 milyon ABŞ dolları dəyərində İdarəolunan İslam Birgə Maliyyələşdirmə Proqramını (MICFP) nəzərdə tutur.

Valyuta.az xəbər verir ki, Çərçivə Sazişinə əsasən, ICD Türk və Mərkəzi Asiya regionundakı üzv ölkələrdə maliyyələşdirmə xətləri üzrə layihələr portfeli çərçivəsində şəriət prinsiplərinə uyğun maliyyələşmənin təmin edilməsi, strukturlaşdırılması və həyata keçirilməsi üzrə idarəedici agent qismində çıxış edəcək.

Sözügedən proqram ICD-nin inkişaf fondları, suveren fondlar, kommersiya bankları, pensiya fondları və takaful təminatçıları da daxil olmaqla, institusional investorları cəlb etmək və ICD ilə yanaşı, birgə investisiya yatırılmasını təmin etmək strategiyasını dəstəkləyir. Bu əməkdaşlıq TİF-ə ICD-nin dərin əməliyyat təcrübəsinə malik olduğu bazarlarda şəriət prinsiplərinə uyğun şaxələndirilmiş əməliyyatlar portfelinə çıxış imkanı yaradır.

Qeyd edək ki, proqramın əsas hədəfi az inkişaf etmiş bazarlarda inklüziv artım, məşğulluq və maliyyə əlçatanlığını təmin etməkdir. Bu vasitə ilə Mərkəzi Asiya və türk regionlarında fəaliyyət göstərən kiçik və orta biznes (KOB) subyektləri, eləcə də özəl sektor üçün uzunmüddətli İslam maliyyələşdirməsinin genişləndirilməsi nəzərdə tutulur. Bununla da TİF ICD-nin kapitalın səfərbər edilməsi platformasında əsas institusional tərəfdaşa çevrilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru