Tramp yenə Qərbin əleyhinə getdi

Bu gün, 08:58           
Tramp yenə Qərbin əleyhinə getdi
Tramp Rusiyanın "Böyük Səkkizlik"dən çıxarılmasını şübhə altına aldı

ABŞ Prezidenti Donald Tramp Qərb ölkələrinin Rusiyanı "Böyük Səkkizlik" (G8) formatından kənarlaşdırmaq qərarının nə dərəcədə doğru və əsaslı olmasına şübhə ilə yanaşdığını bildirib.

32gun.az bildirir ki, Amerikalı lider bu barədə Fransada keçirilən G7 sammiti zamanı jurnalistlərə açıqlama verib. Ağ Ev rəhbəri qeyd edib ki, Fransada bir neçə uğurlu görüş baş tutub və əvvəllər G8 adlanan bu format hazırda G7 kimi fəaliyyət göstərir, lakin bu dəyişikliyin faydalı bir qərar olub-olmaması hələ də sual altındadır.

Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımın ilhaqından sonra G8 formatından çıxarılıb. Bu addıma cavab olaraq rəsmi Moskva bəyan etmişdi ki, "Böyük Səkkizlik" formatına qayıtmaq məsələsini yenidən gündəmə gətirmək niyyətində deyil.

Buna baxmayaraq, Donald Tramp Rusiya Prezidenti Vladimir Putini Mayamidə keçiriləcək G20 sammitinə dəvət etmək niyyətində olduğunu bildirib və rusiyalı liderin bu tədbirdə iştirakının olduqca faydalı ola biləcəyini vurğulayıb. Vaşinqton "İyirmilik" qrupuna daxil olan bütün liderlərin sammitə gələcəyinə ümid etsə də, Kreml yekun qərarın daha sonra veriləcəyini bəyan edib. Yaranmış bu fonda Tramp Rusiya ilə dialoqun bərpasının tərəfdarı kimi çıxış edərək, Moskvanı təcrid etmək cəhdlərini növbəti dəfə tənqid edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru