Azərbaycanlı müğənni Türkiyə və Özbəkistana dəstək məqsədilə “Sizinlədir Azərbaycan” adlı mahnı oxudu VİDEO.

Bu gün, 08:02           
Azərbaycanlı müğənni Türkiyə və Özbəkistana dəstək məqsədilə “Sizinlədir Azərbaycan” adlı mahnı oxudu VİDEO.
Azərbaycanlı müğənni Aynur Yusifova Türkiyə və Özbəkistana dəstək məqsədilə “Sizinlədir Azərbaycan” adlı mahnı oxuyub.
TEREF yazır ki, mahnı sosial şəbəkələrdə böyük dəstək alıb!
Mahnı Azərbaycanla yanaşı Türkiyə və Özbəkistanda da böyük maraqla qarşılanıb.
Müğənni yeni layihəsi ilə bağlı açıqlamasında deyib:
“Türk dünyası tarixdə ilk dəfə olaraq Futbol üzrə Dünya Çempionatında iki ölkə ilə – Türkiyə və Özbəkistanla təmsil olunur.
Bu əlamətdar hadisə münasibətilə “Azxəbər Media” ilə bərabər qardaş ölkələrimizə dəstək məqsədilə “Sizinlədir Azərbaycan” adlı layihə hazırladıq.
Qeyd edim ki, bu layihə Özbəkistanın “Bojalar” qrupunun yığma komandalarına dəstək məqsədilə hazırladıqları layihədən təsirlənərək həyata keçirilib.
Mahnının bəstəkarı Otobek Mirzaholov, rejissoru Rüfət Adampara, mix-masteri Rasim Əsgərov, montaj üzrə işi isə Nicat Nazimə aiddir”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru