Tramp İranın dondurulmuş aktivlərinin nəyə xərclənəcəyini açıqladı

Bu gün, 10:08           
Tramp İranın dondurulmuş aktivlərinin nəyə xərclənəcəyini açıqladı
İranın dondurulmuş aktivlərinin bir hissəsi ABŞ-dən ərzaq məhsullarının alınmasına yönəldiləcək.

TASS xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

"Dondurulmuş vəsaitlər ərzaq məhsullarının alınmasına sərf olunacaq. Həmin məhsullar isə yalnız Birləşmiş Ştatlardan, bizim fermerlərdən satın alınacaq", - deyə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Tehran və Vaşinqton arasında aparılan danışıqların gedişini şərh edərkən bildirib.

ABŞ lideri, xüsusilə, qarğıdalı və soya məhsullarının alınacağını vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Qətərin İranın dondurulmuş aktivlərinin istifadəsinə nəzarət mexanizminin yaradılmasına dəstək verəcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru