Qaçaq Nəbi haqqında "heç kim idi" iddiası hardan qaynaqlanır - Xalq cavab verir

Bu gün, 09:14           
Qaçaq Nəbi haqqında "heç kim idi" iddiası hardan qaynaqlanır - Xalq cavab verir
Ə𝘀𝗿𝗹ə𝗿𝗱𝗶𝗿 𝘆𝗮ş𝗮𝘆𝗮𝗻 𝗫𝗮𝗹𝗾 𝗤ə𝗵𝗿ə𝗺𝗮𝗻ı𝗺ı𝘇 𝗵𝗮𝗾𝗾ı𝗻𝗱𝗮 𝗶𝗳𝘁𝗶𝗿𝗮𝗹𝗮𝗿𝗮 𝗔𝘇ə𝗿𝗯𝗮𝘆𝗰𝗮𝗻 𝘃ə𝘁ə𝗻𝗱𝗮şı𝗻𝗱𝗮𝗻 𝗰𝗮𝘃𝗮𝗯:
İLK ÖNCƏ GƏLİN TARİXƏ NƏZƏR SALAQ
XIX əsrin sonlarında Qaçaq Nəbinin mübarizəsi ilə bağlı məlumatlar həm rəsmi çar mətbuatında, həm də mətbu orqanlarda öz əksini geniş bir formada tapır.
Bu nəşrlərdə Nəbinin niyə "qaçaq" düşdüyü, bəylərin və məmurların kəndlilərə etdiyi zülm, torpaqsızlıq və ağır vergi siyasəti haqqında məlumatlar verilir.Qaçaq Nəbinin fəaliyyəti xalqın dözülməz şəraitə qarşı göstərdiyi bir müqavimət forması kimi şərh olunur.
XIX əsr çar Rusiyyasının mətbuatı Qaçaq Nəbini "böyük bir hərəkatın lideri" kimi rəsmi şəkildə etiraf etməsə də, ona qarşı aparılan uzunmüddətli hərbi əməliyyatlar və çar polisinin hesabatları əsasında dərc olunan xəbərlər, onun nə qədər güclü və təsiredici bir qüvvə olduğunu dolayısı ilə təsdiq edir. Yəni, mətbuatın onu "quldur" adlandırması, əslində çar hakimiyyətinin onun qarşısında nə qədər aciz qaldığını göstərən bir etiraf idi.Təbii ki, car rusiyyası Qaçaq Nəbini tərif etməyəcəkdi ,çünkü xalq qəhrəmanımız Nəbi onlara qan udduraraq ədalət prinsipini bərpa etməyə çalışırdı.
Nəbinin atası Rüstəm kişi idi ,böyük bir nəslin nümayəndəsidir,1854–1896 cı illərdə yaşamışdır. Azərbaycanın XIX əsr milli-azadlıq və sosial ədalət hərəkatının ən parlaq simalarından biridir. Onun haqqında bəzən (səviyyəsiz insanlar tərəfindən )səslənən "heç kim olub" və ya "qəhrəmanlıqları uydurmadır" fikirləri tarixi faktlarla tamamilə ziddiyyət təşkil edir. Nəbi çar məmurlarının, yerli mülkədarların və zülmkar bəylərin zülmünə qarşı ayağa qalxmış real tarixi şəxsiyyətdir.
Nəbi bəylərin və çar məmurlarının kasıb kəndlilərə divan tutmasına, ağır vergilər tətbiq etməsinə və haqsızlıqlara qarşı üsyan etmişdi. O, varlılardan, zülmkar bəylərdən və dövlət xəzinəsindən müsadirə etdiyi malları, pulu kasıb, kimsəsiz və əzilən kəndlilərə paylayırdı. Xalqın onu sevməsinin və dastanlaşdırmasının əsas səbəbi məhz bu sosial bərabərlik və ədalət prinsipi idi.
Nəbi Çar Rusiyasına qarşı bölgədə uzun illər açıq mübarizə aparan mütəşəkkil bir qüvvənin rəhbəri olub. Çar hökuməti onun üzərinə dəfələrlə silahlı dəstələr və nizami qoşun hissələri göndərmişdir. Rusiya arxiv sənədlərində Nəbinin və onun silahdaşlarının çar polisinə və məmurlarına qarşı həyata keçirdiyi silsilə döyüşlər, basqınlar və təqiblər rəsmi sənədlərlə təsdiq olunur.
Nəbinin hyat yoldaşı Həcərin rolu isə müstəsna olub .O,yalnız evdə oturan qadın olmayıb(Qubadlının ləyaqətli qadınları kimi)Nəbinin ən yaxın silahdaşı, igid bir döyüşçü kimi də yaddaşlarımıza həkk olunub.
Bir sözlə Çar Rusiyyasının Tarixi Sənədləri və Faktları Rusiya imperiyasının Qafqazdakı idarələrinin arxiv sənədlərində Nəbinin Zəngəzur, Qarabağ və İrəvan quberniyalarında həyata keçirdiyi fəaliyyətlər, danılmaz faktlar ona qarşı təşkil edilən hərbi əməliyyatlar barədə kifayət qədər rəsmi hesabatlar mövcuddur.
XIX əsrin sonlarında çarizmin rəsmi (Kaspi,Tiflis)qəzetləri Nəbinin fəaliyyəti haqqında məlumatlar dərc etmişdir.
𝑩ə𝒔 𝒚𝒂𝒙şı 𝒏𝒊𝒚ə 𝒃𝒆𝒍ə 𝒇𝒊𝒌𝒊𝒓𝒍ə𝒓 𝒔ə𝒔𝒍ə𝒏𝒊𝒓?
Qaçaq Nəbi haqqında "heç kim idi" iddiası əsasən iki mənbədən qaynaqlanır:
𝘽𝙞𝙧𝙞𝙣𝙘𝙞. Çar məmurlarının hesabatları: İmperiya hökuməti öz gücsüzlüyünü və bölgədəki nəzarətsizliyi ört-basdır etmək üçün üsyançıları sadə cinayətkar və ya quldur kimi qələmə verməyə çalışanlardlr
İ𝗸𝗶𝗻𝗰𝗶 isə yerli istismarçıların təsirindən əziyyət çəkdikləri bəylər və sərvət sahibləri Nəbini qara namusla ləkələməyə çalışırdılar.(eyni indiki dövrümüzdə başı papaqsız şərəfsizlər kimi )
Qələmə aldığım bu kəlimələrin hər bir cümləsini diqqətlə yazmağa çalışdım,ona görə ki,şərəfimə ,ləyaqətimə ən əsası Azərbaycan vətəndaşı olduğum üçün ən alçaq sözlərə layiq olan insanların yerində olmaq istəmədim.
Son olaraq bildirmək istəyirəm ki , Qubadlı camaatı tarix boyu igidlər, qəhrəmanlar,ziyalılar,yazıçılar,şairlər yetişdirən bir diyar olub ,30 ilə yaxın torpaqlarımız işğal altında qaldığı müddətdə belə, biz hər zaman bir birimizin yanında əl ələ verərək qürurla millətimizin və dövlətimizin yanında olmuşuq , buda onu göstərir ki, Qubadlı əhalisi (kişili qadınlı) hər birimiz bu vətən üçün canımızdan keçərik ,çünkü biz qəhrəmanlar diyarında igidlər oylağında Azərbaycanın Xalq Qəhrəmanı Qoçaq Nəbinin diyarında boya başa çatmışıq .
Statın sonu
Hörmətlə: Pedaqoq Şeyda Əzizova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru