Yeni tikilən çoxmərtəbəli binanın hasarı evin üstünə aşıb - VİDEO

Bu gün, 09:28           
Yeni tikilən çoxmərtəbəli binanın hasarı evin üstünə aşıb - VİDEO
Yeni tikilən bina sakinlərin narazılığına səbəb olub.

Xəzər TV xəbər verir ki, narazılığa səbəb binanın qonşu evlərə normadan daha yaxın məsafədə inşa edilməsidir.

İddialara görə, tikinti şirkətinin inşa etdiyi hündür hasar da ötən gün sakinlərdən birinin mənzilinin üzərinə aşıb. Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Hüseynov küçəsi, 30-cu məhəllə adlanan ərazidə yaşayan dörd ailə təhlükəli şəraitdə yaşadıqlarını bildirir.


Sakinlərin sözlərinə görə, tikintini həyata keçirən "Ekopark MTK" ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb.

Onlar iddia edirlər ki, binalar arasındakı məsafə xeyli az olduğundan tikinti işləri faktiki olaraq onların mənzillərinin üzərində aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru