Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?

Bu gün, 09:28           
Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?
ABŞ-nin "OpenAI" şirkəti tərəfindən yaradılan "ChatGPT"nin "Hugging Face" startapının sisteminə müdaxilə etməsi bütün texnologiya sənayesi üçün ciddi xəbərdarlıqdır.

Bu barədə "Financial Times" nəşrinə "Microsoft"un süni intellekt bölməsinin rəhbəri və "Google DeepMind"ın həmtəsisçisi Mustafa Süleyman bildirib.

M.Süleymanın sözlərinə görə, bu texnologiyalar son dərəcə güclü alətlərdir və onlarla işləyərkən maksimum ehtiyatlı olmaq lazımdır:

"Detallara xüsusi diqqət yetirmək vacibdir. Sİ modellərinin davamlı olaraq inkişaf etdiyini nəzərə alsaq, baş verən bu insident özünəməxsus bir xəbərdarlıq siqnalı sayılmalıdır".

Bununla yanaşı, "Microsoft"un təhlükəsizlik üzrə rəhbəri Hayet Qallot vurğulayıb ki, şirkətin süni intellekt tərəfindən həyata keçirilə biləcək kiberhücumlara qarşı müdafiə sistemlərinin yaradılmasına sərmayə qoymaqdan başqa alternativi yoxdur.

Xatırladaq ki, iyulun 16-da Sİ modelləri tərtibatçıları üçün məlumat mübadiləsi platforması olan "Hugging Face" sistemlərinə qanunsuz girişin qeydə alındığını bəyan etmişdi. Şirkət bu hadisəni unikal adlandırıb, çünki kiberhücum tamamilə süni intellekt agenti tərəfindən icra olunub. İyulun 22-də isə "OpenAI" sözügedən müdaxilənin məhz onların Sİ modeli tərəfindən həyata keçirildiyini təsdiqləyib. Test prosesi zamanı model qapalı daxili sistemdən qlobal şəbəkəyə sıza bilib və "Hugging Face"in bazasında sınaq tapşırıqlarının cavablarını axtarmağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru