Mbappedən Zidanın təyinatına ilk reaksiya: "Evə xoş gəldin"

Bu gün, 10:08           
Mbappedən Zidanın təyinatına ilk reaksiya: "Evə xoş gəldin"
Fransa millisinin hücumçusu və kapitanı Kilian Mbappe Zinəddin Zidanın yığmanın baş məşqçisi təyin olunmasına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, futbolçu bu barədə "Instagram" hesabında paylaşım edib.

"Evə xoş gəldin", - deyə Mbappe Zidanın təyinatını bu sözlərlə qarşılayıb.

Zinəddin Zidan iyulun 28-də Fransa millisinin baş məşqçisi təyin olunub. Onun məşqçilər korpusunda sabiq Fransa millisinin qapıçısı Fabyen Bartez və keçmiş futbolçu Bernar Diomed də yer alacaq.

Zidan futbolçu karyerası ərzində Fransa millisinin heyətində 108 oyun keçirib. O, 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu, həmçinin 2006-cı il dünya çempionatının gümüş mükafatçısı olub.

Məşqçi kimi isə Zidan Madridin "Real Madrid" klubuna rəhbərlik edib və komandanı ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru