Müasir respublikanın təməlini təşkil edən düşüncə budur: milli kimliyi dini kimliyin önünə keçirmək
Bu gün, 09:18
Respublika anlayışı ta eramızdan əvvəl 509-cu ildən bu günə qədər uzun və əyri-üyrü bir yol keçib. Müasir respublikanın təməlini təşkil edən düşüncə budur: milli kimliyi dini kimliyin önünə keçirmək. Yəni bir italyan əvvəlcə italyandır, sonra xrsitainadır. Yaxud hər nə qədər əndirəbadi hala salınsa da bir Anadolu türkü əvvəlcə bir türkdür, sonra müsəlmandır. Əgər vətəndaşlar israrla dini kimliklərini milli kimliklərindən üstün tutarsa və dövlət də bunu qəbul edərsə, adındakı "respublika" sözünü başqa bir ifadə ilə əvəzləməlidir. Əgər dövlət respublika olmaqda israrlıdırsa, hər bir vətəndaşın borcudur ki, dini kimliyini milli kimliyinə güzəştə getsin. Görünən mənzərə budur ki, bilərəkdən və ya bilməyərəkdən bizim əhalinin böyük çoxluğu quruluşu respublika olan ölkədə yaşadığından xəbərsizdir. Ölkənin, az qala, hər kəndində salınan şəhidlər xiyabanı respublika üçün canından keçənlərdir. Respublika da dini kimlik üzərinə deyil, milli kimlik üzərinə inşa olunan bir dövlət modelidir. Milli kimlik dedikdə kimsə özünü hansısa sektaya, təriqətə, qəbiləyə üzv olmağı anlayırsa, bu artıq məsələnin cəncəlli tərəfidir. Игидай Дадашов