KİV: Netanyahu Trampın İrana zərbələri ləğv etməsi qərarını sosial şəbəkədən öyrənib

Bu gün, 11:39           
KİV: Netanyahu Trampın İrana zərbələri ləğv etməsi qərarını sosial şəbəkədən öyrənib
İsrail hökuməti ABŞ ilə birgə İrana endiriləcək zərbələrin ləğv edildiyini Prezident Donald Trampın "Truth Social" platformasındakı paylaşımından öyrənib.

Bu barədə "Channel 12" telekanalı məlumat yayıb.

Materialda qeyd olunur ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) da hücumun ləğvindən əvvəlcədən xəbərdar olmayıb.

"Bir neçə saat ərzində məlumatsız qaldıq. Prezident Tramp bizi qeyri-müəyyənlik içində qoydu. Yüksəkvəzifəli şəxslər baş verənlər barədə məlumatı Trampın sosial şəbəkələrindən alırdılar", - deyə yüksəkrütbəli İsrail rəsmisi vəziyyəti təsvir edib.

Qeyd olunur ki, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats da hücumların ləğv edilməsini internetdən xəbər tutublar. Əvvəlcə ölkədə hesab ediblər ki, ABŞ lideri bununla İranın sayıqlığını azaltmaq istəyir, lakin daha sonra ABŞ-də zərbələrin təxirə salındığını təsdiqləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru