ABŞ-la İran uzanan müharibədə heç biri qələbə qazana bilməz - "Bloomberg"

16-08-2026, 12:04           
ABŞ-la İran uzanan müharibədə heç biri qələbə qazana bilməz - "Bloomberg"
ABŞ-la İran uzunmüddətli müharibəyə cəlb olunub və tərəflərdən heç biri həlledici qələbə qazanmaq iqtidarında deyil. Həmçinin münaqişənin başa çatdırılması üçün aydın yol görünmür.
Bu barədə "Bloomberg" analitik məqaləsində yazıb.

Hazırkı qarşıdurma Vaşinqtonla Tehran arasında təxminən yarım əsrdir davam edən düşmənçiliyin nəticəsidir. Münaqişənin yaxın zamanda başa çatacağına dair isə hələlik ciddi əlamətlər yoxdur.

Qarşıdurma təkrarlanan döyüşlər silsiləsi şəklində inkişaf edir. Bu prosesdə nə ABŞ, nə də İran özünə həlledici üstünlük təmin edə bilir. Hətta danışıqların keçirilməsi belə tərəflər arasındakı fundamental ziddiyyətləri uzunmüddətli perspektivdə aradan qaldırmaya bilər.

Agetlik ən real ssenari kimi nisbətən aşağı intensivlikli qarşıdurmanın davam etməsini göstərir. Agentliyin qənaətinə görə, müharibə kövrək atəşkəslərlə vaxtaşırı dayana, daha sonra isə yeni zərbələrlə yenidən şiddətlənə bilər.

Bununla yanaşı, Hörmüz boğazının yenidən bağlanması ehtimalı da qalır. Münaqişənin yekun və davamlı şəkildə nizamlanması üçün isə hazırda aydın perspektiv görünmür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru