ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı Konqresə bildiriş göndərdi

16-08-2026, 10:44           
ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı Konqresə bildiriş göndərdi
ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişi üzrə məhdudiyyətlərin tətbiqindən azadolma müddətinin uzadılması ilə bağlı Konqresə bildiriş göndərib.
TEREF Oxu.az-a istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ Konqresinin rəsmi sənədlərində yer alıb.
Sənədə əsasən, Dövlət Departamenti müvafiq bildirişi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.
Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə qəbul olunub və ABŞ-nin Azərbaycana birbaşa yardım göstərməsinə məhdudiyyətlər nəzərdə tutur. Sonrakı dövrdə ABŞ administrasiyalarına müəyyən şərtlər daxilində bu məhdudiyyətlərin tətbiqindən müvəqqəti imtina etmək səlahiyyəti verilib.
ABŞ Konqresinin sənədlərində həmçinin Azərbaycana yardım məsələsində 907-ci düzəliş üzrə azadolma mexanizmi ilə bağlı qanunvericilik təşəbbüslərinin də mövcud olduğu qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru