Talibandan ABŞ-yə gözlənilməz ÇAĞIRIŞ: "Əfqanıstana qayıdın"

16-08-2026, 12:44           
Talibandan ABŞ-yə gözlənilməz ÇAĞIRIŞ: "Əfqanıstana qayıdın"
Taliban hərəkatı ABŞ-ni Əfqanıstanda diplomatik mövcudluğunu bərpa etməyə və ölkə iqtisadiyyatına investisiya qoymağa çağırıb.

Bu barədə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəqi "The New York Times" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton Kabildəki səfirliyini yenidən aça, diplomatik mövcudluğunu bərpa edə və faydalı qazıntıların hasilatına, bəndlərin və yolların tikintisinə vəsait yatıra bilər.

"Biz hesab edirik ki, müharibə səhifəsi başa çatıb və bundan sonra qarşılıqlı hörmətə əsaslanan münasibətlərin və müsbət qarşılıqlı əlaqələrin yeni səhifəsini açmaq istəyirik", - deyə Muttəqi bildirib.

Bununla belə, nazir vurğulayıb ki, Əfqanıstan hakimiyyəti ölkədə Amerika hərbi mövcudluğunun bərpa olunmasını istəmir.

ABŞ Silahlı Qüvvələri 31 avqust 2021-ci ildə Əfqanıstandan tamamilə çıxıb və bununla da ölkədə 20 illik hərbi mövcudluğunu başa çatdırıb.

ABŞ-nin Kabildəki səfirliyi 15 avqust 2021-ci ildə Taliban hərəkatının hücumu fonunda amerikalı diplomatların təcili təxliyəsi başlayarkən fəaliyyətini dayandırıb. Diplomatik missiya müvəqqəti olaraq Qətərin paytaxtı Dohaya köçürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru