Tanınmış jurnalist Müsavatçı Qadınlar Birliyinin sədri seçilib

19-07-2015, 20:22           

İyulun 19-da Müsavat Partiyası Qadınlar Birliyinin IV növbədənkənar ümumi yığıncağı keçirilib.


teref.az modern.az-a istinadən xəbər verir ki, yığıncaqda Alya Yaqublu Müsavatçı Qadınlar Birliyinin sədri seçilib. Təşkilatın sərbəst Şura və NTK üzvləri də həmçinin seçilib.

Qadınlar Birliyi seçkili orqanlarını formalaşdıraraq, öz fəaliyyətini bərpa edib.

Alya Yaqublu uzun illərdir jurnalistika ilə məşğuldur. Əvvəllər bir sıra KİV-lər çalşıb.

Azərbaycan Dövlət İqtisad Universitetini bitirən Alya Yaqublu “Yeni Müsavat”, “525-ci qəzet”, “Rezonans”, “Avropa” qəzetlərində işləyib, “Azadlıq” qəzetində köşələrlə çıxış edib, “İntibah” qəzetinin baş redaktoru olub.

Alya Yaqublu 2009-2014-cü illərdə “Media forum” saytında bir neçə layihəyə rəhbərlik edib. O, Müsavat Partiyasının Divan üzvüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru