"Fəxri ad almağıma görə İsa Qəmbərdən təbrik gözləyirdim” - Rauf Arifoğlu

22-07-2015, 12:43           
"Fəxri ad almağıma görə İsa Qəmbərdən təbrik gözləyirdim” - Rauf Arifoğlu
“İsa Qəmbərin mənimlə bağlı "Facebook"da yazdığı statusa xüsusi bir iradım yoxdur. Sadəcə olaraq İsa bəyin gəldiyi bir sıra qənaətlər var. Mənim fəaliyyət prioritetlərimdən biri də o olacaq ki, bu cür qənaətlərlə bağlı yaxın gələcəkdə İsa bəy əvvəlki fikrindən növbəti dəfə daşınacaq. Mən çalışacağam ki, bu belə olsun”.

Bunu APA-ya “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

R. Arifoğlu Müsavat Partiyasının sabiq başqanının ona qarşı heç bir ittiham irəli sürmədiyini bildirib: “Orada İsa bəy heç bir ittiham səsləndirməyib. Sadəcə, fikirlərini söyləyib. Mən də o fikirlərə hörmət edirəm. Amma dediyim kimi, mənim fəaliyyətim şəffafdır. Başqa bir sahədə yox, media sahəsindəyəm. Mənim fəaliyyətimi hər kəs görəcək, o cümlədən də İsa bəy... Yəqin ki, İsa bəy çox diqqətli, keyfiyyətli oxucu kimi bizim fəaliyyətimizi bundan sonra da izləyəcək və görəcək ki, narahatlığa heç bir əsas yoxdur”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru qeyd edib ki, “Əməkdar jurnalist” fəxri adı alması münasibətilə İ. Qəmbər onu təbrik etməyib: “Təbrik gözləyirdim, amma etmədi. Bu statusdan sonra isə heç gözləmirəm”.

Qeyd edək ki, Müsavat Partiyasının sabiq başqanı İ. Qəmbər Facebookda yazdığı statusda “Yeni Müsavat” qəzetinin baş redaktoru R. Arifoğlunun fəxri ad almasını onun prezident İlham Əliyevlə barışması kimi qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru