Oqtay Əsədov parlament sədrlərinin ABŞ-da keçiriləcək konfransında iştirak edəcək

28-08-2015, 21:00           
Oqtay Əsədov parlament sədrlərinin ABŞ-da keçiriləcək konfransında iştirak edəcək
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti parlament sədrlərinin 4-cü Ümumdünya Konfransında iştirak etmək üçün avqustun 30-da ABŞ-ın Nyu-York şəhərinə yola düşəcək.

MM-dən APA-ya verilən məlumata görə, tədbirdə parlament sədrlərinin keçmiş konfranslarının əsas tövsiyələrinin tətbiqi və beynəlxalq əməkdaşlıqda parlament ölçüsünün artması, parlamentlərin işində gender bərabərliyinin təşviqi, parlamentin yeni davamlı inkişaf hədəflərinin formalaşdırılmasında və tətbiqində rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində Oqtay Əsədovun konfransda iştirak edəcək bir sıra nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

Parlament nümayəndə heyətinin səfəri sentyabrın 4-də başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru