İki aparıcı xanım arasında “QUŞLADI” davası: Ləman Ələşrəfqızı ilə Səidə Bəkirqızı SƏRT TOQQUŞDU (fotolar)

29-05-2026, 16:26           
İki aparıcı xanım arasında “QUŞLADI” davası: Ləman Ələşrəfqızı ilə Səidə Bəkirqızı SƏRT TOQQUŞDU (fotolar)
Tanınmış xanım aparıcılar Səidə Bəkirqızı ilə Ləman Ələşrəfqızı arasında ciddi poliemika başlayıb.

Musavat.com xəbər verir ki, buna səbəb L.Ələşrəfqızının rəhbəri olduğu Laf TV youtube platformasında “Səidə Bəkirqızı da quşladı. Uşaqpulu istəyən kişi əxlaqsız qadından betərdir” başlığı ilə bir veriliş yayımlaması olub.

S.Bəkirqızı da rəhbəri olduğu bir başqa youtube platformasında “Əməkdar jurnalist küçə jarqonu ilə danışmaz” başlıqlı verilişində ona cavab verib.
S.Bəkirqızı L.Ələşrəfqızının onun fikirlərini konteksdən çıxardığını və yanlış formada cəmiyyətə çatdırdığını deyib. Onun sözlərinə görə, heç bir zaman "uşaqpulu istəyən kişi əxlaqsız qadından betərdir” tipli bir cümlə qurmayıb. Xanım aparıcı efirində bildirib ki, o, uşaqpulu ilə bağlı daha öncə danışan deputat Günay Ağamalı və özünün fotolarını sosial şəbəkədə paylaşıb, söyüş yazanlarla bağlı sərt ifadələr səsləndirib: “Bəli, mən onlar barədə dedim ki, qadınların fotolarını qoyub onlara ən aşağılayıcı söyüşləri söyənlər kişi fahişələrdir. Burda yanlış bir şey var? Kİm söyüşə haqq qazandırır? Amma mən uşaqpulunun verilməsini hamıdan çox istəyən adamam. Bununla belə, Azərbaycan kişisini də uşaqpulu istəyən görmək istəmirəm”.

S.Bəkirqızı zamanında ANS məktəbi keçmiş L.Ələşrəfqızına hörmət etdiyini, daha çox yaşını nəzərə alaraq ona qarşı qərəzlərinən əhəmiyyət vermədiyini bildirib: “Amma bu gün anladım ki, yanlış yerə hörmət etmişəm. Çünki peşəkar, vicdanlı, qərəzsiz bir jurnalist başqa bir həmkarının sözlərini konktekstdən çıxarıb, bu cür qərəzli təhlil etməz. “Quşlamaq” məsələsinə gəlincə, bu ifadə nə jurnalistə yaraşır, nə də bir qadına”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru