Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

31-05-2026, 11:34           
Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin ilk 4 ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin ümumi həcmi 1 milyard 041 milyon 549,98 min manat təşkil edib.

2025-ci ilin müvafiq dövründə isə bu göstərici 1 milyard 823 milyon 708,10 min manat olub.

Beləliklə, Rusiya ilə ticarət dövriyyəsi illik müqayisədə 782 milyon 158,12 min manat və ya 42,89% azalıb.

Bu ilin aprel ayında Azərbaycanın ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 5,98% təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru