Turizm sektorunda əl yandıran qiymətlər: Səbəb nədir? (VİDEO)

1-06-2026, 09:34           
Turizm sektorunda əl yandıran qiymətlər: Səbəb nədir? (VİDEO)
Yay mövsümünün yaxınlaşması ilə tur paketlərinə maraq artsa da, qiymətlər əvvəlki illərlə müqayisədə xeyli bahalaşıb. Turizm şirkətlərindən verilən məlumata görə, dünyada baş verən son proseslər bazara ciddi təsir göstərib. Eyni zamanda bəzi istiqamətlər üzrə turist sayının azalması da qiymətlərin artmasını şərtləndirən amillərdəndir.

Turizm eksperti Ruslan Quliyev Baku TV-yə bildirib ki, Hörmüz boğazında yaşanan böhran enerji daşıyıcılarının qiymətinə kəskin təsir göstərib:
“Bu isə qitələrarası aviadaşımalarda tur paketlərinin maya dəyərinin artmasına səbəb olan əsas risk faktorudur. Mövcud vəziyyət paketlərin bahalaşması və turist axınının kəskin azalması ilə nəticələnib.
Aparılan hesablamalar göstərir ki, neft və digər enerji daşıyıcılarının qiyməti yüksəlməkdə davam edərsə, bəzi aşağı büdcəli aviaşirkətlər 2030-cu ilə qədər yaxınməsafəli reysləri təxirə salmağı nəzərdən keçirir”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru