Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı VİDEO

8-06-2026, 11:24           
Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı VİDEO
Əslən Ağdamdan olan, hazırda Göygöl rayonunda məskunlaşan Həsənovlar ailəsi Baku TV-nin qaynar xəttinə müraciət edib.

Ailə anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən 4 yaşlı övladlarının əlillik müavinətinin dayandırılmasından şikayətçidir.

Ailə başçısı Nicat Həsənovun da səhhətində müəyyən problemlər var. Maddi çətinliklərlə üzləşən ailə aidiyyəti qurumlardan kömək istəyir.

Azyaşlının anası Cəmilə Həsənova bildirib ki, övladı hər il narkoz altında müalicə alır və bu prosesdən sonra vəziyyəti daha da ağırlaşır:

". İstəyirik ki, əlillik dərəcəsi düzgün müəyyənləşdirilsin və hər il yenidən dayandırılmasın. Yoldaşımın da işi yoxdur, özü də üçüncü qrup əlildir. Çətin vəziyyətdə yaşayırıq. Sənədləri təqdim etmişik, amma hələ də bizə heç bir cavab verilməyib".

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Rüstəm Nicat oğlu Həsənovun mövcud xəstəliyinə dair ekspertiza üçün əhəmiyyətli göstəricilər Nazirlər Kabinetinin təsdiq etdiyi əlilliyin müəyyən olunması meyarlarına uyğun gəlmədiyi üçün vətəndaş adına göndəriş sənədinin (Forma 88) rəsmiləşdirilməsi mümkün olmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru