TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Bu gün, 00:08           
TƏBİB sədrindən gözlənilməz qərar:
TƏBİB-də növbəti mühüm kadr dəyişikliyi baş verib.
TEREF Bakupost.az-a istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov vəzifəsindən ayrılıb. Bununla bağlı TƏBİB sədri Anar Bayramov əmr imzalayıb.

Anar İsrafilovun işdən ayrılması TƏBİB-də son dövrlərin ən diqqətçəkən kadr hadisələrindən biri hesab oluna bilər. Belə ki, TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov uzaqlaşdırıldıqdan sonra qurumun idarə edilməsi Anar İsrafilova tapşırılmışdı.

O, bir müddət TƏBİB rəhbərliyində faktiki olaraq əsas səlahiyyət sahiblərindən biri kimi çıxış edib, bir sıra mühüm qərarlar qəbul edib. Hətta bu dövrdə bir neçə mühüm kadrların işdən çıxarılması, yeni təyinatlar da həyata keçirib.

Elə buna görə də səhiyyə cameəsində və TƏBİB daxilində Anar İsrafilovun gələcəkdə qurumun sədri vəzifəsinə gətirilə biləcəyi barədə də fikirlər səslənirdi. Bu ehtimallar xüsusilə onun rəhbərlikdə artan rolundan, müxtəlif struktur dəyişikliklərində fəal iştirakından və son aylarda həyata keçirilən bəzi təyinatlardan sonra daha da güclənmişdi.

Məhz bu səbəbdən Anar İsrafilovun gözlənilmədən TƏBİB-dən ayrılması səhiyyə ictimaiyyətində maraq və suallar doğurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru