"Azercell" səbəbsiz müştərilərin dəqiqələrini niyə silir?
Bu gün, 00:11

Son günlər "Azercell" müştərilərinin şikayətləri səngimiz.
Bizimesr.com xəbər verir ki, vətəndaşlar əsasən hesablarındakı dəqiqələrin səbəbsiz olaraq silindiyini bildirirlər.
Belə bir şikayət fakturalı nömrəsində danışıq dəqiqələrinin silinməsi ilə bağlıdır.
Qeyd olunur ki, danışıq dəqiqələri və internet paketi ötən gecə qaydalara uyğun şəkildə yenilənib. Lakin səhər yalnız 15 saniyəlik telefon danışığı etməsinə baxmayaraq, hesabındakı danışıq dəqiqələrinin 26 dəqiqə azaldığını müşahidə edib.
Vətəndaş bildirir ki, telefonun zəng tarixçəsində də cəmi 15 saniyəlik danışıq qeydə alınıb və əlavə hər hansı zəng olmayıb.
“Dəqiqələr və internet gecə yenilənmişdi. Səhər isə cəmi 15 saniyə danışmışam. Sonradan gördüm ki, paketimdən 26 dəqiqə çıxılıb. Telefonun özündə də başqa danışıq görünmür. Bunun necə baş verdiyini anlaya bilmədim”, – deyə vətəndaş qeyd edib.
Onun sözlərinə görə, məsələ ilə bağlı "Azercell"in müştəri xidmətləri ilə əlaqə saxlayıb. Operator vəziyyəti dərhal izah edə bilməyib və müraciətin qeydə alındığını bildirib.
“Operatora zəng etdim. O da səbəbini izah edə bilmədi. Sonda müraciətimi qeydə aldığını və araşdırıldıqdan sonra mənə məlumat veriləcəyini dedi”, – deyə şikayətçi əlavə edib.

